"Türk əsgəri bu günə qədər ona verilən bütün vəzifələri heç bir qəza və problem olmadan yerinə yetirib".
Teleqraf.com-un xəbərinə görə, bunu Liviyada səfərdə olan Türkiyə Milli müdafiə naziri Hulusi Akar Liviya Vəzifə Qrup Komandirliyində çıxışı zamanı bildirib.
Akar qeyd edib ki, Türk Silahlı Qüvvətləri Liviya, Azərbaycan və Kipr kimi dost və qardaş ölkənin təhlükəsizliyini təmin etmək üçün çalışır.
Türkiyə ilə Liviya arasında 500 illik tarixi və mədəni əlaqələrin paylaşıldığını ifadə edən Akar qeyd edib ki, hər kəsin kənarda dayandığı bir zamanda Baş nazir Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyənin Liviya ilə işbirliyi olub.
Türkiyə Müdafiə naziri Haftarin həyata keçirdiyi qırğınların Tarhunadaki 21 kütləvi məzarlıqla bir daha ortaya çıxdığına diqqət çəkib: "Təəssüf ki, dünya onlara qarşı susmaqdaa davam edir. Amma Milli Konsensus Hökümətinin insanlığa qarşı bu cinayəti buraxmayacağına inanırıq. Buna görə də Beynəlxalq Cinayət Məhkəməsindəki istintaq davam edir və lazımi araşdırma aparılacağına, hesab sorulacağına inanırıq".