Gorus-Qafan yolunda, sərhədin delimitasiyasından sonra Şahverdilər (ermənilər Vorotan deyir) kəndinin ordumuzun nəzarətinə keçən hissəsində əsgərlərimiz “Azərbaycana Xoş Gəlmisiniz” lövhəsi quraşdırıblar.
Teleqraf.com-un məlumatına görə, bu, ermənilərin qorxu və təşvişinə səbəb olub.
“İşıqlı Ermənistan” Partiyasının sədri, deputat Edmon Marukyan təlaşını gizlətməyək sosial mediada bunun yeni müharibə anonsu olduğunu qeyd edib: "Azərbaycan son hərəkətləri ilə yeni müharibəyə çalışır. Bizim yeni müharibədən çəkinmək üçün uzagörənliyə ehtiyacımız var”.
Erməni deputat hesab edir ki, prosesləri danışıqlar masasında ünsiyyət formatına qaytarmaq lazımdır.
Qeyd edək ki, ermənilər necə qorxuya düşüblərsə, gecə saatlarında həmin lövhəni korlayıblar.