29 Dekabr 2020 16:39
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sünik (Zəngəzur) bölgəsinin Qafan şəhər sakinləri erməni mediasına bildirib ki, azərbaycanlılar rus sülhməramlıların müşayiəti ilə buradakı mağazalardan alış-veriş edirlər.

Teleqraf.com-un məlumatına görə, Qafan bələdiyyəsi başçısı Qevorq Parsyan “Armenia Today”a deyib ki, bu informasiyaların əsası yoxdur.

Bələdiyə sədri bu kimi halları istisna edib.

Xatırladaq ki, bu hissədə sərhədlərin delimitasiya proses aparılır.

Bundan əvvəl bələdiyyə sədri bildirmişdi ki, Qafan-Aqarak yolu Azərbaycan tərəfinin nəzarəti altına keçib, nəticədə Aqarak, Ujanis və Yeqvard kəndləri blokada vəziyyətinə düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər