1 Yanvar 2021 10:56
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu aydan etibarən müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına sosial müavinət veriləcək

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Sosial müavinətlər haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.

Qanuna dəyişikliklə hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Digər dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayandırılacaq.

Qanuna dəyişiklik layihəsi 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər