1 Yanvar 2021 16:21
1 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə “Turan” informasiya agentliyinin müxbiri Tatyana xanım (soyadını bilmirəm) mənə zəng edərək, 2021-ci ilin dövlət büdcəsi ilə bağlı sualları cavablandırmağı xahiş etdi. Çox təəssüf ki, jurnalist mənim söylədiklərimin bəzi hissələrini kəsərək sualın cavabını kontekstdən çıxarıb. Nəticədə cavabları jurnalist öz marağına uyun mətbuatda yayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkli agentliyin əməkdaşının qərəzli mövqeyini qınayır və ən qısa zamanda təkzib verməsini istəyir: “Çox təəssüf ki, bir qrup media saytlarında da bu məlumat “Turan” İA-nin jurnalistinin mövqeyi kimi yox, mənim cavabım kimi təqdim edilib. Hesab edirəm ki, hər bir jurnalistin peşəkalıqla bərabər obyektivliyi də onun mənəvi dəyəri olmalıdır. Mən müsahibəmdə “camaat kasıb yaşamağa alışmalıdır” ifadəsini isə ümumiyyətlə istifadə işlətməmişəm...”

Məlahət İbrahimqızı daha sonra deyib: "Bir millət vəkili kimi fəaliyyətimdə sosial problemlər, mənim üçün əziz olan əhalinin həssas təbəqəsi hər zaman prioritet olub. Gələcəkdə də belə olacaq. Şəhid və qazi ailələrinin, qaçqın və köçkünlərin, əmək qabiliyyətini itirən həssas qrupların problemləri mən həmişə diqqətimdə saxlamışam. Milli Məclisdəki çıxışlarımda da hər zaman bunu səsləndirmişəm...”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər