6 Yanvar 2021 17:18
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər.

Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə qanunu təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər