7 Yanvar 2021 12:37
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“COVID”lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunub”.

Teleqraf.com xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat şəklindəki müşavirədə deyib. O qeyd edib ki, bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub:

“Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur. Təbii olaraq, dünya bu xəstəliklə mübarizə aparır. Biz hazırda yanvarın 18-dək sərtləşdirilmiş karantin rejimindəyik. Ümumi karantin rejiminin müddəti yanvar ayının 31-dək artırılıb və bu istiqamətdə ciddi nəzarət var. Hesab edirik ki, Siz dediyiniz kimi, peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər