9 Yanvar 2021 16:27
1 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri neytral sərhədyanı zonada görüşüblər. Görüş zamanı əsirlərin mübadiləsi müzakirə edilib.

Teleqraf.com RİA-Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Ararat vilayətinin Yerasx kəndi yaxınlığındakı neytral sərhəd zonasında (Naxçıvanla sərhəddə) Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb. Görüş zamanı əsirlərin mübadiləsi və itkin düşmüş şəxslərin axtarışı məsələləri müzakirə edilib”, – deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilən məlumatda bildirilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər