Keçmiş SSRİ Prezidenti Mixail Qorbaçov Rusiyanın Dağlıq Qarabağ probleminin həllində Azərbaycan və Ermənistana kömək edə biləcəyinə ümid edir.
Teleqraf.com xəbər verir ki, Qorbaçov Rusiyanın hər iki tərəfin mənafelərinə uyğun olaraq, “qalib və uduzan olmadan” bir həll yolu tapa biləcəyinə inandığını deyib.
“Bu, köhnə və kökü keçmişdə olan çox çətin bir məsələdir. Vəziyyət pisləşdikdə iki respublikaya kömək etməyə çalışdıq”, - keçmiş SSRİ lideri qeyd edib.
Keçmiş Sovet lideri əmindir ki, indi döyüş əməliyyatları bitdikdən sonra bunun üzərində dayanmamaq, problemi onilliklər ərzində həll olunmamış qoymamaq vacibdir:
“Ümid edirəm ki, Rusiya kömək edə biləcək, amma əsas rol münaqişə tərəflərinə aiddir. Ermənistan və Azərbaycan məsələnin həllinə dair danışıqlar aparmağı öz öhdələrinə götürdülər. Qərar qalib və uduzan olmadan hər iki tərəfin maraqlarına uyğun olmalıdır”.