12 Yanvar 2021 17:42
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uzun perspektivli bir ölkə olaraq müsbət gündəm yaratmağa və münasibətlərimizi yenidən yoluna qoymağa hazırıq. Ölkəmizin 60 illik üzvlük müddəti bizim üçün strateji baxımından necə seçimdirsə, Avropa İttifaqının ölkəmizi tam üzvlüyə qəbul etməsi birliyin gələcəyi baxımından mühüm seçim olacaq. Breksitlə artan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa ailəsində layiqli yerini alması ilə həll edilə bilər. 2021-ci ili Avropa İttifaqı-Türkiyə münasibətləri baxımından uğurla başa vurmaq bizim əlimizdədir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrinin Ankaradakı səfirləri ilə görüşündə deyib.

Prezident qeyd edib ki, Türkiyə-Avropa İttifaqı gündəmi istismar edilib: “Heç bir əsası olmayan maksimalist xəritələr üzərində ölkəmizi kənarda qoymaqcəhdlərinə etiraz edirik. Həmrəylik bəhanəsinin arxasına sığınaraq Türkiyə-Avropa İttifaqı gündəmindən sui-istifadə edildi. Bu yanaşma köklü əlaqələrimizi heçə çıxarır, digər tərəfdən İttifaqın regional və qlobal güc olmaq iddiasını da zəiflədir”.

Ərdoğan Kiprdə real alternativləri müzakirə etməyin vacibliyin də vurğulayıb: “Avropa İttifaqı Kipr probleminin həllində necə asanlaşdırıcı rol oynaya bilər? Türkiyənin və Şimali Kipr Türk Respublikasının daxil olmadığı heç bir tənlikdə Aralıq dənizində barışığın olmayacağı artıq başa düşülüb. Kiprdə uğursuz modelləri təkrar-təkrar danışmaq əvəzinə, yeni və real alternativləri müzakirə etməliyik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər