12 Yanvar 2021 17:30
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Lagazetteaz.fr" onlayn qəzetində Azərbaycanın Qarabağda böyük quruculuq planları ilə bağlı məqalə dərc olunub.

Teleqraf.com-un məlumatına görə, məqalədə qeyd edilir ki, müharibə bitdi, artıq quruculuq dövrü başlayır: "Azad edilmiş ərazilərdə işlərin başlanılmasına başlıca əngəllərdən biri, sözsüz ki, ərazilərin Ermənstan tərəfindən minalanmasıdır. Bu işlərin sürətli aparılması üçün işlər görülür. Ərazilər tam şəkildə minalardan təmizləndikdən sonra isə azad olunmuş ərazilərdə bərpa işlərinə başlamaq mümkündür. Bərpa işlərinə qədər ilk məsələ isə ziyanın hesablanmasıdır. Bu proseslə paralel olaraq həmin ərazilərin peyk və dronlar vasitəsilə sənədləşdirilməsi, pasportlaşdırılması aparılacaq. Bu sənədləşdirilmə işlərindən sonra sonra həmin ərazilərdə dağıdılmış əmlak qiymətləndiriləcək".

Məqalədə vurğulanır ki, Laçın və ya Kəlbəcərdə yeni hava limanı tikiləcək, həmçinin tezliklə Füzulidə də beynəlxalq hava limanının tikintisinə başlanılacaq. İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün böyük kömək olacaq.

Qeyd edilir ki, yeni turizm marşrutları işlənib hazırlanacaq. Beynəlxalq turizm sərgilərində Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstəriləcək. Təmir bərpa işləri yekunlaşdıqdan sonra Qarabağ turistlərin sevilmi məkanlardan biri olacaq.

Vurğulanır ki, üzümçülük, tütünçülük və taxılçılığın inkişaf etdiyi Qubadlı, Zəngilan rayonlarında həmin sahələrin, eləcə də heyvandarlığın bərpa olunması olduqca vacibdir.

Məqalə ilə daha ətraflı burada tanış ola bilərsiniz:

http://https//www.lagazetteaz.fr/news/politique/3932.html


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər