23 Oktyabr 2014 02:34
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gömrük İttifaqı hələ baş tutmayıb. Baş tutub-tutmayacağı da bilinmir. Abxaziya və Cənubi Osetiya isə dünya və Gürcüstan tərəfindən Rusiyanın işğal etdiyi ərazilər kimi tanınır.

Rusiya bu işğal edilmiş torpaqlarda özbaşınalıq edir. Sözsüz ki, bu Rusiya tərəfindən Gürcüstan ərazilərinə böyük bir zərbədir. Bu ənənəvi suyasətləri ilə Gürcüstanı Rusiyanın tamamilə düşməninə çevirirlər. İmperiyanın başqa məntiqi yoxdur. Qarabağ məsələsində isə heç bir dəyişiklik gözlənilmir. Ən yaxşı dəyişiklik o olar ki, Rusiya ciddi şəkildə zəifləyib Qafqazdan geri çəkilsin”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Abxaziya və Cənubi Osetiyanın Gömrük ittifaqına cəlb edilməsini şərh edərkən söyləyib. O, Rusiyanın işğal etdiyi ərazilərdə özbaşınalığa yol verdiyini bildirib:


Müəllif:

Oxşar xəbərlər