Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb.
Putin türkiyəli həmkarına Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yanvarın 11-də Moskvada keçirdikləri üçtərəfli görüşün əsas nəticələri barədə məlumat verib.
Dövlət başçıları Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə-Rusiya Monitorinq Mərkəzi və Qarabağdakı hərbi fəaliyyətləri də müzakirə ediblər.
Ərdoğan Rusiyanın Qarabağda münaqişənin həllindəki səylərini dəstəklədiyini, Türkiyə və Rusiyanın birgə koordinasiyasının tərəfdarı olduğunu söyləyib.