Yanvarın 26-da İran İslam Republikasının Xarici işlər naziri Cavad Zərif Moskvaya işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, C.Zərif səfər zamanı rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.
M.Zaxarova deyib ki, görüş zamanı aktual beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılması davam etdiriləcək:
"O cümlədən Dağlıq Qarabağ rayonundakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Faəliyyət Planı ətrafındakı situasiya, Suriyada, Əfqanıstan və Fars körfəzi regionundakı vəziyyət müzakirə olunacaq. Həmçinin, iki ölkənin energetika və nəqliyyat sektorunda həyata keçirdikləri layihələr nəzərdən keçiriləcək. Bundan başqa mədəni və humanitar əlaqələrin inkişafı da diqqət mərkəzində olacaq".