17 Yanvar 2021 08:17
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi əhəmiyyət daşıyır. Ölkə başçısı Şuşanın azad olunması ilə bağlı xalqa müraciətində “Şuşa biz qayıtmışıq, Şuşa biz səni dirçəldəcəyik” şüarlarını səsləndirmişdi. Vənab Prezident ailəsi ilə Şuşaya gedərək bu şəhərə qayıtdığımızı dünyaya nümayiş etdirib. Bir il əvvəl erməni baş nazir Şuşada, Cıdır düzündə sərxoş halda təlxəklik edirdi. Cənab Prezident Şuşaya və Cıdır düzünə Qalib Sərkərdə kimi gedərək, düşmənlərə ciddi mesaj verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, ölkə başçısının Şuşaya səfəri, Üzeyir Hacıbəylinin, Bülbülün və Xan qızı Natavanın büstlərinin ora aparılması düşmənə bu şəhərin bizim üçün nə qədər əziz olduğunu göstərdi:

“Cənab Prezident ailəsi ilə birlikdə Şuşada dağıdılmış məscidləri ziyarət edib. Məscidlərə müqəddəs Quran kitabları hədiyyə edilib, dualar oxunub. Bu amil ölkə başçısının və ailəsinin dini-milli dəyərlərimizə bağlılığını göstərir. İslam dünyasına qarşı olanlara da bu addım ciddi bir mesajdır. Nümayiş olundu ki, milli dəyərlərimiz hər şeydən üstündür. Bu dəyərlərin qorunması üçün bütün varlığımızla hazırıq”.

Deputat cənab Prezidentin Qalib Sərkərdə olaraq 39 ildən sonra Vaqifin məqbərəsini, Bülbülün ev muzeyini ziyarət etməsindən bəhs edib.

Azər Badamov qeyd edib ki, cənab Prezident İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun və Füzuli beynəlxalq hava limanının təməlini qoyub:

“Bu amillər Qarabağda müasir infrastrukturun formalaşdırılmasına imkan verəcək. Ərazilərə xarici qonaqları dəvət etməyimiz asanlaşacaq. Qarabağ torpaqlarına gələn xarici qonaqlar öz gözləri ilə ermənilərin törətdikləri vandalizmi və vəhşilikləri görəcəklər. Işğaldan azad olunmuş ərazilərimizə gediş-gəlişin rahat olması, Şuşada beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərin təşkili asanlaşacaq. Yenidən keçiriləcək Vaqifin poeziya günlərinə xarici qonaqların gəlişi rahatlaşacaq. Qarabağda kommunikasiyanın formalaşması, həyatın qayıtması, bu bölgənin inkişafına təkan verəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər