18 Yanvar 2021 14:23
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Dağlıq Qarabağı öz tərkibinə daxil etmək niyyəti yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov söyləyib.

Jurnalistin Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilib-edilməyəcəyi ilə bağlı sualına Lavrovun cavabı belə olub:

“Dağlıq Qarabağın müstəqilliyi Ermənistan da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. Belə (Dağlıq Qarabağın Rusiyanın tərkibinə daxil edilməsi haqqında - red.) düşüncələrimiz yoxdur. Bölgədəki bütün məsələlər burada yerləşən ölkələr arasında, ilk növbədə Ermənistanla Azərbaycan arasında həll edilməlidir”.

O, Moskvanın bölgədə sülh və sabitliyin təmin olunmasına kömək edəcək bir həll yolu tapmağa kömək etməyə hazır olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər