“Azərbaycan tarixinə Qanlı şənbə kimi daxil olmuş 20 Yanvar hadisələrindən 31 il ötür. 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız faciə kimi yox, eyni zamanda xalqımızın müstəqillik, azadlıq uğrunda sarsılmaz iradəsini, milli birliyini göstərən qəhrəmanlıq tarixi kimi də anılır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, xalqımıza qarşı törədilmiş bu cinayət milli qürurumuzu, birliyimizi sındıra bilməyib: “Əksinə, müstəqilliyimiz uğrunda mübarizə əzmimizin necə möhkəm, sarsılmaz olduğunu göstərdi.
Vətənimizin azadlığını hər şeydən uca tutan, bu yolda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, Allahdan rəhmət diləyirəm!”