Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu 1990-cı il yanvarın 20-də Bakıda baş verən olaylarla bağlı sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
“1990-cı il yanvarın 20-də Can Azərbaycanın müstəqilliyi üçün canlarını fəda etmiş qardaşlarımızı rəhmətlə xatırlayıram. Şəhidlərin simvolu olan qərənfillər bu gün Azərbaycan torpağının simvolu xarı bülbüllə birlikdə açır. Üçrəngli bayrağınla xoşbəxt məsud, Can Azərbaycan”, - Çavuşoğlu qeyd edib.