20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı:
"Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik".
QMİ sədri qeyd edib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır:
"Mixail Qorbaçov bu yaxınlarda açıqlama verdi, ikitərəfli danışdı".