26 Yanvar 2021 13:25
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

”Moderna” peyvəndi Cənubi Afrikada yayılan və bir çox ölkədə aşkarlanan mutasiyaya uğramış B.1.1.7 koronavirusuna qarşı daha az təsirlidir.

Teleqraf.com xəbər verir ki, bunu peyvənd istehsalçısı “Moderna” şirkəti etiraf edib.

Laboratoriya tədqiqatları və testlərinin davam etdiyini vurğulayan dərman şirkəti, peyvəndin işə yaramadığını gördükdən sonra ehtiyat vaksin istehsalına başlayıb.

“Moderna”nın sözçüsü Stefan Bancel peyvəndin təsiri ilə əlaqədar narahat olmasa da, ən pis ssenariyə hazırlaşdıqlarını bildirib: “Yaz aylarında hərəkət etməyimiz lazım olsa, edəcəyik, amma gecikə bilmərik. Virusun qazanmasını istəmirik, insanların bu yarışda qalib gəlməsini istəyirik”.

Qeyd edək ki, “Moderna” peyvəndi ABŞ-da tətbiq olunmağa başlayıb. Avropa İttifaqı ölkələri də 160 milyon doza “Moderna” peyvəndi sifariş edib.

“Moderna” ənənəvi peyvənd metodu əvəzinə RNA (mRNA) texnologiyasından istifadə edir. Bu texnologiya sayəsində vaksinə lazımi düzəlişlər və əlavələrin tez bir zamanda edilə biləcəyi qeyd olunur.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər