Avropa Şurası Parlament Assambleyasının (AŞPA) millət vəkilləri yunanıstanlı Despina Şatsivasiliu-Tsovilisi təşkilatın Baş katibi seçiblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Məlumata əsasən, o bu vəzifəyə təyin olunan ilk qadın olacaq.
Səsvermə elektron formada aparılıb və gün ərzində deputatların 96 faizindən çoxu iştirak etdi. Onun səlahiyyətləri 2021-ci il martın 1-də başlayacaq və beş il davam edəcək.
AŞPA-ın yeni seçilən Baş katibi bu quruma 2010-cu ildən bəri rəhbərlik edən Polşalı siyasətçi Voysex Savitskinin yerinə gələcək.