27 Yanvar 2021 18:35
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır. Aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər