28 Yanvar 2021 01:16
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu gün qış sessiyası çərçivəsində "Avropa Şurasına üzv ölkələrdə QHT fəaliyyətinə qoyulan məhdudiyyətlər" adlı qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, qətnamədə üzv dövlətlərin toplaşma, birləşmə və ifadə azadlığı ilə əlaqəli beynəlxalq hüquq standartlarına, Avropa Şurasının tövsiyələrinə riayət etməsinin vacibliyi qeyd olunur.

Həmçinin dövlətlər uyğun olmayan qanunvericiliyi ləğv etməli və bu cür qanunların qəbul edilməsindən çəkinməlidirlər.

Qətnamədə bəzi üzv dövlətlərin vətəndaş cəmiyyəti fəaliyyətləri üçün əlverişli bir mühit yaratması və Avropa Şurasının tövsiyələrinə uyğun olaraq qəbul edilmiş qanunvericiliyə düzəlişlər üçün tətbiq etdikləri təcrübələri alqışlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər