28 Yanvar 2021 16:50
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyevin ilk xüsusi nümayəndəsini Şuşaya təyin etməsi heç də təsadüfi deyil. Şuşa Azərbaycan üçün çox böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycanın Mədəniyyət Mərkəzinin də məhz bu şəhərin elan edilməsi tarixi və milli dəyərlərə olan bağlılığın bariz nümunəsidir. Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın ölkəmizin ictimai həyatında rolu bundan sonra daha da artacaq. Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya tarixi səfərləri bu şəhərin xalqımız, dövlətimiz üçün əhəmiyyətinin göstəricisi hesab olunur.

Bunu Treleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, cənab Prezidentin Şuşaya tarixi səfəri zamanı məhz görkəmli şəxsiyyətlərin büstlərini də özü ilə aparması mühüm hadisə idi:

“Şuşa Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Cənab Prezident Şuşaya ilk nümayəndənin təyinatı ilə bağlı qəbul edərkən şəhərin tarixi və onun xalqımız üçün əhəmiyyətindən bəhs etdi”.

Cavid Osmanov Şuşanın həyata keçirilən planlı və proqram xarakterli layihələr nəticəsində bölgənin ən gözəl məkanlarından birinə çevriləcəyini söyləyib:

“İSESKO rəhbərliyinin Azərbaycana səfəri zamanı Şuşanın gələcəkdə İslam Mədəniyyətinin paytaxtı olması ilə bağlı fikirlər səsləndirildi. Şuşadakı quruculuq, abadlıq işləri bu şəhərin tarixi dəyərlər üzərində böyük inkişafından xəbər verir”.

Millət vəkili Şuşanın o vaxt ölkədəki hakimiyyəsizlik və siyasi hərcmərcilik müstəvisində müdafiəsiz qalmasına diqqət çəkib:

“Düşmən qala şəhərimiz olan Şuşanı asanlıqla işğal etdi. AXC-Musavat cütlüyü bu tarixi şəhərin qorunması üçün heç bir ciddi addım ata bilmədi. Bu gün isə Şuşa Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində azaddır. Mərd igidlərmiz bu şəhəri aşılmaz dağlardan, qayalardan keçərək düşməndən azad edib. Bu, Azərbaycan xalqının cənab Ali Baş Komandana və öz tarixi dəyərlərinə olan bağlılığının göstəricisidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər