28 Yanvar 2021 23:57
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalqımızı birləşdirən bir sıra dəyərlər mövcuddur. Bu dəyərlər hər zaman xalqımızın milli kimliyini, özünü ifadə haqqını, tarixi statusunu müəyyənləşdirir. Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə hər zaman böyük sevgi və hörmətlə yanaşıb. Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev hər zaman insanı dəyərlərə, mənəvi bağlılığa böyük hörmət ehtiram nümayiş etdirib. Hümanizm dəyərlərini öz fəaliyyətində əxz etdirən Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman milli-mənəvi məsələlərə həssaslıqla yanaşıb. Millətin əsl xarakteri, qan yaddaşı üzərində olan milli kimliyi gələcək nəsillərə ötürüləcək, əmanət ediləcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, vətən torpaqları uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulub:

“Xalq olaraq hər zaman şəhidlərin uca xatirəsinə hörmətlə yanaşmışıq. Azərbaycanın dünəni, bu günü, gələcəyi şəhidlərin müqəddəs ruhları ilə bağlıdır. Məhz bu vətən uğrunda qurban verilən canların müqabilində xalq olaraq xoşbəxt yaşaya bilirik. Vətənimiz və şəhidlərimiz millətimiz üçün ən əziz dəyərdir. Vətən dedikdə, göz önünə ilk növbədə şəhidlərimiz gəlir. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada müqəddəs şəhid məzarları olmasın”.

Millət vəkili əsrin əvvəlində erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımını, 1990-cı ilin 20 yanvar, 1992-ci ilin Xocalı soyqırımını xatırladıb:

“Ona görə də şəhidlərimiz xalqımız üçün and, ibadət yeridir. Azərbaycanın hər bir qarış torpağı şəhid qanları ilə suvarılıb. Şəhidlərin ünvanı hər birimiz üçün ziyarətgahdır”.

Məlahət İbrahimqızına görə, heç kəsin haqqı, cürəti yoxdur ki, müqəddəs dəyərlərimizə qarşı hörmətsizlik, sayğısızlıq etsin:

“Əgər kimsə belə bir yanlışlığa yol verərsə, dövlətin, cəmiyyətin reaksiyası ilə üz-üzə qalacaq. Şəhidlərin əziz ruhu bizim üçün əvəzsiz bir dəyərdir. 30 illik torpaq həsrətinə biz şəhidlərin sayəsində son qoyduq. Heç kəsə ixtiyar verilməyib ki, xalqımızın hisləri ilə oynasınlar. Xalqın hisləri ilə oynayanların düşməndən heç bir fərqi yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər