29 Yanvar 2021 10:22
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisinin fevralın 1-də keçiriləcək plenar iclasın gündəliyi açıqlanıb.

Teleqraf.com gündəliyə təklif olunan məsələləri təqdim edir:

Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.

Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Humay Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə qanun layihəsi.

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihəsi.

“Məşğulluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi haqqında (birinci oxunuş).

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunlayihəsi.

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi.

“Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi.
“Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.


Müəllif: Nemət

Oxşar xəbərlər