30 Yanvar 2021 02:33
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda həyacan siqnallarının işə düşməsi səbəbi açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, Tehran vilayəti valisinin təhlükəsizlik məsələləri üzrə müavini Həmidrza Qudərzi ISNA-ya bildirib ki, Tehranın qərbində Azmayeş şəhərciyində təşkilatlardan birinin sistemində nöqsan yaranıb.

Bu məsələ həyəcan siqnalının işə düşməsi ilə nəticələnib. Hal hazırda həyəcan siqnalı söndürülüb.

Eyni zamanda, Tehran vilayətinin fövqəladə hallar departamentinin rəhbəri Mənsur Daracati bildirib ki, həyacan siqnalı güclü yağışdan sonra suyun sisteminə daxil olması səbəbindən işə düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər