30 Yanvar 2021 15:16
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Otuz ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”.

Teleqraf.com-un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya hərbi-siyasi rəhbərliyinin səyi nəticəsində regionda sülhə nail olunub:

“Türkiyə və Rusiya arasında ötən ilin noyabrın 11-də imzalanmış Atəşkəsə Nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqqında memorandum xüsusi əhəmiyyət kəsb edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər