1 Fevral 2021 12:04
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbədən sonra müharibənin ikinci mərhələsi başlayıb. Faktiki olaraq erməni təxribatı işə düşüb. Biz həssas və diqqətli olmalıyıq, hər bir məsələyə dəqiq reaksiya verməliyik ki, çaşqınlıq olmasın.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı erməni təxribatları başlayıb:

“Səfirlərə, diplomatlara qarşı hədə-qorxu halları olur. Vaxtilə ASALA və digər erməni terror təşkilatları tərəfindən Türkiyəyə qarşı belə aksiyalar keçirilib. Biz bu məsələlərdə diqqətli olmalıyıq. Və belə məlumatlar əldə edildikcə həmin ölkələrə məktublar göndərməliyik”.

Siyavuş Novruzov təbliğat məsələsinə toxunaraq qeyd edib ki, bəziləri bilərəkdən təxribatla məşğul olur:

“Belə xəbərlər yayıblar ki, Türkiyənin bura gəlməsi siyasi məsələdir. Bu texniki məsələdir, burada birgə fəaliyyət var, Qarabağda prosesə birgə nəzarət həyata keçirilir".


Müəllif: Nemət

Oxşar xəbərlər