1 Fevral 2021 12:16
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Partiyalara mövqe bildirməyə imkan yaradılsın. Əgər partiyalar hansısa məsələyə dair mövqe bildirməyi vacib sayırsa, bu, nəzərə alınmalı və onlara 12 dəqiqə ayrılmalıdır. Aydındır ki, hər məsələyə mövqe bildirməyə ehtiyac olmur.

Teleqraf.com xəbər verir ki, bunu Real Partiyasının üzvü, deputat Erkin Qədirli parlamentdə çıxışı zamanı bildirib.

O, bu təklifinin nəzərə alınmasını istəyib.

Erkin Qədirli Taarif Şurasını Milli Məclisdən kənar büdcəyə müdaxilə edən təşkilat kimi qiymətləndirib:

“Bəli Taarif Şurası qurum kimi var, orada nazir müavinləri təmsil olunur. Amma bütün hallarda bu, parlamentdən kənar büdcəyə müdaxilədir. Hökumət, nazirlər parlamentin qarşısında hesabat verir. Büdcəyə dəyişiklik də parlament vasitəsilə edilir. Mən bir neçə iclas əvvəl qeyd etmişdim ki, cərimə edən təşkilatların bu cərimənin müəyyən hissəsini özündə saxlaması da bu kimi haldır”.

Deputat təklif edib ki, bu məsələyə baxılsın və əgər ehtiyac varsa, Prezidentə müəyyən təkliflər verilsin.


Müəllif: Nemət

Oxşar xəbərlər