Parlamentin fəaliyyətini işıqlandırmaq məqsədi ilə həftədə bir saat “Parlament saatı”adlı proqram fəaliyyətə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu sipeker Sahibə Qafarova parlamentin iclasında bəzi deputatların Milli Məclisini televiziyasının yaradılması haqda fikirlərə reaksiya verərkən bildirib.
Onun sözlərinə görə, “Parlament saatı” proqramı ötən sessiya dövründə fəaliyyət göstəməli idi, ancaq müharibə dövrü olduğundan bu baş tutumadı:
“Amma yaxın zamanlarda İctimai Televiziyada həftədə bir saat ərzində parlamentin fəaliyyətini işıqlandıran proqram fəaliyyətə başlayacaq”.