Mən niyə təkid edirəm? Çünki söz almaq üçün bu düyməyə toxunmağı yeni öyrənmişəm. Elə insanlar var ki, hər dəfə çıxış edir. İmkan verin biz də çıxış edək. Bura ziyalı məclisidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri deputat, tarix elmləri doktoru Anar İsgəndərov parlamentdə çıxışı zamanı deyib.
Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, ziyalı məclisi olduğunu mən də bilirəm:
"Məni öyrətmək lazım deyil. Bilirəm ki, bu zalda mənə irad tutanlar da var. İrad tuturlar ki, hamıya söz verirəm. Mən çıxışa yazılanlara hər zaman söz verirəm. Hesab edirəm ki, emossiyalara ehtiyac yoxdur”.