3 Fevral 2021 13:37
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir sıra KİV-də sabiq əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümovun həbs edilməsi və yaxınlarının məlumatı təsdiqlədiyi ilə bağlı xəbərlər yayılıb.

Trend-ə açıqlama verən Səlim Müslümovun atası Yanvar Müslümov yayılan məlumatları təkzib edib.

O bildirib ki, həbslə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi saytlar yazıblar ki, guya Səlim Müslümov həbs olunub. Vallah, yalan söhbətdir, Səlimlə səhər danışmışam, həbs edilməyib. Bu məlumatı kim yayıbsa, bilmirəm. Səhər oğlumla özüm danışmışam, hər şey yaxşıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər