“Space” TV-yə bundan sonra kanalın İcraçı direktoru, Rəşid Behbudov Fondunun rəhbəri, görkəmli sənətkar Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev rəhbərlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu haqda “Space”dən məlumat verilib.
Qeyd olunub ki, bu gün kanalın keçmiş rəhbəri Vaqif Mustafayev “Space”yə gəlib, təhvil-təslim olub.
Həmçinin Vaqif Mustafayev telekanalın əməkdaşları ilə vidalaşıb.
"Böyük ehtimalla Kamil Şahverdiyev kanalın müvəqqəti yox, daimi rəhbəri olacaq və ciddi keyfiyyət dəyişikliyi edəcək” - deyə bildirilib.