Xəbər verdiyimiz kimi, Prezidentin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olublar.
Teleqraf.com xəbər verir ki, Prezidentin köməkçisi öz Tvitter hesabında Cəbrayıla səfərdən qısa video yayıb.
“Azərbaycanın tamamilə məhv edilmiş Cəbrayıl şəhərinin panoramik mənzərəsi. 30 illik işğal müddətində qəbirlər talan olunub və hətta sümüklər məzarlardan çıxarılıb.
Ermənistan belə barbarlıqdan sonra hansı cəsarətlə sivilizasiya və ya mədəni dəyərlərdən danışır?”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Panoramic view of completely destroyed Jabrayil city of Azerbaijan. Graves were vandalized and even bones for taken out during 30 years of occupation? How Armenia dares to speak about civilization or cultural values after such barbaric behavior? pic.twitter.com/CLggZtpiZh
— Hikmet Hajiyev (@HikmetHajiyev) February 6, 2021