12 Fevral 2021 11:47
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara vitse-spiker Əli Hüseynli məlumat verib.

Deputatların suallarına cavabında Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi əsasən ərazi, icra hakimiyyəti orqanı isə insanlarla bağlı işləyəcək: “Yəni bu məsələdə hər hansı qarışıqlıq yoxdur”.

Məlumat üçün bildirək ki, dəyişikliklə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edilir.

Hazırda layihə müzakirə edilir.


Müəllif: Nemət

Oxşar xəbərlər