12 Fevral 2021 12:43
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doktoranturaya qəbul üzrə ilk imtahandan keçən çağırışçılara hərbi xidmətdən möhlət veriləcək.

Teleqraf.com xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən 3 ay möhlət veriləcək.

Qanuna dəyişiklik ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər