Məcburi köçkünlərin statusu götürülməyəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.
Musa Quliyev əlavə edib ki, məcburi köçkünlər öz yurdlarına köçənə və evlə təmin olunana qədər onların statusu qalacaq:
“Bu məcburi köçkünlərin övladlarının təhsili ilə bağlı məsələlərə də aiddir”.