13 Fevral 2021 10:35
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Qobustan Milli Tarix- Bədii Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.

Dövlət Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və səmərəli nəticələrə yönəlmiş təklifləri dinlənilib.

A.Cəfərli postpandemiya dövründə çağırışlara və gözləntilərə uyğun fəaliyyətin qurulmalı olduğunu bildirmişdir. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil, həm də dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulayıb.

Dövlət Xidmətinin rəis müavini qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər