15 Fevral 2021 15:23
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının qətliamına səssiz qalan ölkələrə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Çavuşoğlu “terrorizmə qarşı mübarizə aparan ölkələr”in baş verənlərə səssiz qaldığını bildirib.

“Terrorizmlə (PKK qırğınına) qarşı mübarizə apardıqlarını söyləyən ölkələr susur və ya “əgər” və “amma”larla yola verirlər”, - nazir bildirib.

Qeyd edək ki, PKK terror təşkilatı İraqın Qara bölgəsində 13 Türkiyə vətəndaşını qətlə yetirib. Araşdırma zamanı qurbanların başlarına güllə vurularaq qətlə yetirildiyi məlum olub.

Olayın gün işığına çıxmasından dərhal sonra rəsmi Bakı Ankaraya başsağlığı verərək, PKK terrorizmini pisləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər