16 Fevral 2021 17:28
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dəmir yolu sahəsində lojistik mərkəzə, tranzit ölkəyə çevrilib. Nəqliyyat sahəsində dünyada lider dövlətlər sırasında yer alıb. Bakı-Tbilisi-Qars, beynəlxalq, regional nəqliyyat dəhlizləri, transmilli layihələri reallığa çevrilir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələri həyata keçirilir. Bu baxımdan Azərbaycan Davos Forumunun hesabatında 11-ci pilləyə yüksəlib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa ilə Asiya arasında ən qısa bağlantı qurulur: ”Yüklərin qısa müddətdə, tam təhlükəsiz şəkildə təyinat yerlərinə çatdırılması təmin ediləcək. Dəmir yolu infrastrukturundan bir çox ölkələrin istifadə etməsi mümkün olacaq. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması respublikamızın tranzit daşımaları baxımından imkanlarını artırır. Şimal-Cənub nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 20 faiz artıb”.

Naqif Həmzəyev erməni işğalından azad olunmuş torpaqlarda nəqliyyat infrastrukturunun inkişafından bəhs edib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvanla birbaşa dəmir yolu əlaqəsi yaranır. Horadiz-Ağbənd dəmir yolu xəttinin böyük strateji, ciddi iqtisadi əhəmiyyəti var. Uzun fasilədən sonra Naxçıvanla dəmir yolu ilə soydaşlarımızın geiş-gəlişi, yüklərin daşınması təmin olunacaq. 100 kilometrlik dəmir yolu xəttinin strateji, iqtisadi, siyasi əhəmiyyəti mövcuddur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər