17 Fevral 2021 13:15
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Şüşə Lifi ASC ləğv olunması ilə əlaqədar kreditorlarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 108 A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Mingəçevir Şüşə Lifi" Prezident İlham Əliyevin ötən il dekabrın 26-da imzaladığı, “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” 22 mart 2001-ci il tarixli sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafına dair tədbirlər barədə sərəncamına əsasən ləğv olunub. Müəssisənin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı 6,98 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilib və Təhsil Nazirliyinin daimi istifadəsinə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər