Ankarada səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında görüş olub.
Teleqraf.com xəbər verir ki, bu barədə TRT Avaz telekanalı məlumat yayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.