Argentinanın səhiyyə naziri Hines Qonzalez Qarsiya ölkədə hökumətə yaxın şəxslərin növbədənkənar peyvənd edilməsi ilə əlaqədar qalmaqaldan sonra istefa verib.
Teleqraf.com xəbər veri ki, qalmaqalın ardınca Prezident Alberto Fernandes səhiyyə nazirinin istefasını tələb edib.
Səhiyyə naziri istefa məktubunu Tvitter hesabında paylaşıb: "Hörmətli Argentina millətinin prezidenti, tələbinizə əsasən, səhiyyə nazirliyindən istefamı təqdim edirəm”.
Qalmaqalı şərh edən Qonzalez Qarsiya qeyd edib ki, peyvənd olunanların hamısı kampaniya çərçivəsində üstünlük verilən şəxslər qrupuna daxildir.
Onun fikrincə, yaranmış vəziyyət anlaşılmazlığın nəticəsidir.