Dünya ümidsizlik burulğanındadır. Problemi İslam ölkələri və Yaxın Şərqin üstünəı yıxmaq istədilər. Lakin Avropa ölkələrinin özləri tarazlıqlarını itirdilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, Türkiyə bu müddət ərzində sürətlə inkişaf edərək gücləndi və digər ölkələrə ümid verdi: "Rəcəb Tayyib Ərdoğan və xalqı keçmişdəki hadisələrdən dərs çıxararaq infrastrukturu inkişaf etdirdilər. Bu, həm Liviyaya, həm də Azərbaycana dəstək verdi".