Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ad günü münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd edib.
Dövlət başçısı bildirib:
"Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.
Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir".