26 Fevral 2021 09:14
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident 44 günlük Vətən müharibəsi dövründə dünyanın aparıcı mətbuat orqanlarına müsahiblərində ermənilərin Azərbaycan ərazisində işğal faktı ilə yanaşı həyata keçirdiyi dağıntılara, barbarlığa da toxunurdu. Eyni zamanda Heydər Əliyev Fondu tərəfindən də ermənilərin dağıtdığı Azərbaycanın maddi-mədəniyyət nümunləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırışlar edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü millət vəkili Aqil Abbas deyib.

Onun sözlərinə, ərazilərimiz işğaldan azad edildikdən sonra ermənilərin mövcud bütün tarixi mədəni, dini abidələri yerlə-yeksan etdiyi üzə çıxıb: “Ərazilərdə toponomiyanı özündə əks etdirən qoç heykəllərini belə ermənilər dağıdıb. Qəbirüstü abidələri söküb aparıblar. Bununla bağlı beynəlxalq ictimaiyyətə ətraflı məlumatlar çatdırılır. Azad olunmuş ərazilərə xarici qonaqların dəvət olunması, onların erməni vəhşiliyini görməsi vacibdir. Artıq bir çox xarici dövlətlərin deputat heyəti də azad olunmuş ərazilərdə olub”.

Komitə üzvü Ermənistanın Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərərə görə beynəlxalq müstəvidə cavab verəcəyini vurğulayıb: “Artıq bununla bağlı hüquqi prosedurlar başlayıb. Dağıntıların həcmi o qədər böyükdür ki, bunun dəqiq hesablanması da zəruridir. İndi müəyyən rəqəmlər səslənir. Amma bu, tək maddi-mənəvi zərərlə kifayətlənməməlidir. İqtisadi ziyanın da hesablanması vacibdir. Əgər Ağdam 30 il işğal altında olmasaydı, Azərbaycan büdcəsinə 20 milyarddan artıq gəlir verə bilərdi. Ağdam üzümü, şərabı, kənd təsərrüfatı və digər sənayə məhsulları ilə tanınan, ad qazanan bir rayon olub. Füzuli və digər rayonların da ümumi iqtisadi gəlirləri hesablansa, bunun qarşılığında Ermənistanın ödəyəcəyi təzminatın həcmi olduqca böyük olacaq”.

Aqil Abbas azad olunmuş ərazilərdəki dini, tarixi, mədəni abidələrin dəqiq qeydiyatının aparıldığını söyləyib: “Çünki ermənilər o qədər barbarlıq edib ki, bu da onların xarakteri ilə bağlıdır. Bu söz mənə məxsusdur. “Bütün insanları, hətta buşmenləri də Allah yaradıb...Amma erməniləri şeytan yaradıb". Bu qədər xain, dağıdıcı, barbar olmaq, torpağı belə qazıb ölülərin sümüklərini çıxarmaq insanlığa xas hal deyil”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər