26 Fevral 2021 10:38
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş “Qobu park” yaşayış kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Teleqraf.com xəbər verir ki, gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca “JUSTİCE FOR KHOJALY”, “XOCALI” sözləri və soyqırımının baş verdiyi tarixi - 26 02 1992, soyqırımı qurbanlarının sayını - 613, faciədən ötən müddəti ifadə edən - 29 rəqəmləri əks olunub.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") hazırladığı videoçarx Türkiyənin “Sabah” və “Haberglobal” saytları da yayımlayıb.


Müəllif: Teleqraf.com