26 Fevral 2021 16:06
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın dünya tarixində indiyədək rast gəlinməyən vəhşiliyinin nümunəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayəti olan Xocalıda törətdiyi soyqırımı nasist Almaniyasının yəhudilərə qarşı törətdiyi Holokostdan da qəddar və amansız üsullarla həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bunu tarixçı alim, millət vəkili Musa Qasımlı deyib.

O qeyd edib ki, kiçik bir müqayisənin aparılması Xocalıda törədilən soyqırımının misli görünməmiş dəhşətlərini görməyə imkan verir: “Nasistlər yəhudiləri işdən çıxarır, ictimai yerlərdə onlara xidmət etmir, yaşayış yerlərindən qovur, mal və mülkünü əllərindən alır, təhqir edirdilər. Müharibə başlayandan sonra isə yəhudiləri kütləvi şəkildə öldürür, maşınlara doldurub qaz buraxaraq məhv edir və həbs düşərgələrində kütləvi şəkildə qətlə yetirirdilər”.

Tarixçiyə görə, Ermənistanın azərbaycanlılara qarşı hərəkətləri isə daha qəddardır: “Azərbaycanlılar Ermənistanda da işdən qovulur, ictimai yerlərdə onlara xidmət edilmir, mal və mülkləri əllərindən alınır, təhqir edilirdilər. Hamamlıda (Spitak) zəlzələ zamanı fransız xilasediciləri ağzı qaynaqlanmış qaz borularına doldurulmuş azərbaycanlı uşaqların cəsədlərini tapmışdılar. Bu gün Ermənistanda azərbaycanlılar olmadığı kimi, yəhudilər də yoxdur. Ermənistan antisemitizmin mövcud olduğu ölkələrin cərgəsində öndə gəlir”.

Musa Qasımlı bildirib ki, Xocalıda hərbə heç bir aidiyyatı olmayan uşaqlar divara mıxlanıb, canlı-canlı şaqqalanıb itlərə atılıb, evlərə toplanıb od vurulub, başlarının dərisi soyulub, bədən əzaları kəsilib: “Bütün bunlar bəşəriyyət tarixində rast gəlinməyən vəhşilik və ən ağır soyqırımıdır. Ermənistan həm dövlət, həm də ayrı-ayrı fərdlər səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törədib. Xocalı soyqırımı Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir!”


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər