27 Fevral 2021 13:48
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və uyğun olaraq qarşıda duran məsələlərin icrasının təmin edilməsi haqda Nazirlər Kabinetinin sərəncamını imzalayıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, sənədə əsasən “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış Komissiyanın 5 prioritet istiqamət üzrə fəaliyyət göstərəcək 10 alt işçi qrupu yaradılıb və onlara müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər